Güclü sosial əlaqələr qocalma prosesini ləngidir.
AzPost bildirir ki, bunu aparılan elmi araşdırmaların nəticələri göstərib.
Mütəxəssislər sosial əlaqələri pensiya hesabı ilə müqayisə edirlər: nə qədər tez sərmayə qoysanız və əlaqələri nə qədər müntəzəm saxlasanız, bir o qədər çox fayda əldə edəcəksiniz.
Bundan əlavə, tədqiqatlar göstərir ki, ünsiyyətcil insanlar tənha həyat sürənlərə nisbətən əhəmiyyətli dərəcədə güclü immunitet sisteminə malikdirlər.