“Narahatıq, “Qaynar xətt”dən istifadə edin!” –Avropa İttifaqından Azərbaycan və Ermənistan müdafiə nazirlərinə çağırış

“Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatdır”.

Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xətt”dən tam istifadə edilməsi vacibdir”, – Toivo Klaar qeyd edib.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir