“Instagram”, “Facebook” nə vaxt blokdan çıxarılacaq? –Kremldən AÇIQLAMA

Kreml “Instagram”, “Facebook” və “YouTube” sosial şəbəkələrinin Rusiyada nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib.

AzPost APA-ya istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov adıçəkilən sosial şəbəkələrin ölkə ərazisində blokdan çıxarılması üçün onların Rusiya Federasiyası qanunlarına əməl etməsinin lazım olduğunu bildirib.

Sosial şəbəkələrin bloklanmadan çıxarılması üçün əsas şərt

Onun sözlərinə görə, Rusiyada “Facebook” və “Instagram”a qoyulan qadağa Moskva və Vaşinqton arasında etibarla bağlı deyil, şirkətlər Rusiya qanunlarına əməl etməlidirlər.

Peskov bunun Rusiya Federasiyasının qanunlarının icrası ilə bağlı olduğunu qeyd edib. O vurğulayıb ki, Rusiya qanunvericiliyinə riayət etmək tələbi “YouTube”a da aiddir: “Amerikalılara nə qədər inamımız olsa da, bu, heç kimi Rusiya qanunlarına əməl etməkdən azad etməyəcək”.

Qadağanın səbəbləri və hüquqi əsasları

Qeyd edək ki, Meta korporasiyasına məxsus olan “Facebook” və “Instagram” Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan olunub. “YouTube” isə ötən ilin avqustundan bloklanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.