İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir

Ənvər Həsənovun vəziyyəti
Ənvər Həsənovun vəziyyəti

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.

AzPost xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.

Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb: “Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Qeyd edək ki, 72 yaşlı aktyor Ənvər Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.