Bakıda Metronet MMC provayderindən uzun illər internet xidməti istifadə edən abonentlər son dövrlərdə narazılıq içindədir. AzPost xəbər verir ki, Wi-Fi şəbəkəsinə qoşulan telefonlarda qeyri-adi fəaliyyətlər müşahidə olunur, internet tez-tez kəsilir və xidmətin stabilliyi ciddi şəkildə pozulur.
Müştərilərin sözlərinə görə, provayderin müştəri xidmətinə müraciət etdikdə onlara gülünc və anlaşılmaz arqumentlər təqdim olunur. Abonentlər iddia edirlər ki, Metronet onların razılığı olmadan başqa şirkətə yönləndirilməsinə cəhd edib və guya artıq onlar həmin provayderin müştərisidir.
Bənzər halları digər istifadəçilər də təsdiqləyir. Onların sözlərinə görə, bir neçə ay öncə provayderin Selnet şirkətinə müştəriləri keçirməsi prosesi zamanı xidmət keyfiyyəti daha da pisləşib. “Keçirməz olardı, kaşki. Xidmət çox bərbaddır, fasilələr davamlıdır,” – deyə bir abonent bildirir.
Ekspertlər abonentlərə tövsiyə edirlər ki, problemləri rəsmi qaydada sənədləşdirsinlər və zərurət yaranarsa, hüquqi yollarla tələb qaldırsınlar.
