İnterpol bu 3 azərbaycanlı qadını axtarır –

FOTOLAR
05 İyul 2021 - 18:09

Azərbaycan vətəndaşı olan 3 qadın “İnterpol”un qırmızı xətti ilə axtarışa verilib.

Azpost.info bildirir ki, müxtəlif cinayətlərdə ittiham olunan bu qadınlar Azərbaycanın ayrı-ayrı rayon sakinləridir.

Axtarışa verilənlərdən 3 nəfəri insan alveri, digəri isə xuliqanlıqda təqsirləndirilir.

1984-cü ildə doğulmuş 36 yaşlı Qızqayıt Hacıyeva insan alveri ittihamı ilə bağlı axtarışa verilib.

Goranboyda anadan olmuş, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova insan alveri, fahişəliyə cəlb etmə ittihamı ilə axtarılır.

1971-ci ildə Qubada anadan olan Sevinc Səlimova isə xuliqanlıq ittihamı ilə siyahıya düşüb.

Azpost.info