İntihar edən sevgilisini xilas etmək istəyən oğlan özünü dənizə atıb

25 Fevral 2020 - 12:38

Bakıda qız və oğlan dənizə düşüb.

APA-nın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Sabirabad sakini, 1994-cü il təvəllüdlü Günel Müğdət qızı Rzayeva intihar məqsədi ilə özünü dənizə atıb. Bu zaman qızımn yanında olan sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Zöhrab oğlu Məmmədov onu xilas etmək üçün dənizə atlayıb.

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları oğlanı xilas edərək sudan çıxarıblar. Qızın axtarışları isə davam etdirilir.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakıda bir nəfər dənizə düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.