“İnvestisiya Holdinqinin yaradılması liberallaşma prosesinin başlanması demək olacaq” –Prezidentin köməkçisi

Prezidentin koronavirusla bağlı keçirdiyi müşavirədə bir çox tarixi açıqlamalar verildi”.

Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasının əsas məqsədi dövlət müəssisələrinin idarəetməsinə həsr olunub: “Dövlət müəssisələrinin idarəetməsi ilə bağlı Prezident bir çox məqamları səsləndirdi. Bu holdinqinin qısa müddətdə təşkil olunması Azərbaycanda bir çox sahədə liberallaşma prosesinin başlanması demək olacaq. Biz qeyri-neft sektorunun inkişafını prioritet kimi götürürük. Burada dövlət müəssisələrinin sayı çoxdur. Bunun nəticəsini qısa zamanda görəcəyik”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir