İordaniya Ermənistana silah satmalarını təkzib etdi –Azərbaycan səfiri XİN-ə çağırıldı

İordaniya hökuməti bu ayın əvvəlində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə yayılan məlumatları təkzib edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Daha əvvəl isə İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmışdı. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir