“iPhone 17” mobil telefonu təqdim olunacaq

“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına hazırlaşır.

Şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin anonsunu verib.

Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Şirkətin bu dəfə, həmçinin, daha incə “iPhone 17 Air” modelini satışa çıxaracağı deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.