Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

İqlim dəyişikliyi ilə mübarizə ABŞ-nin qarşısında öhdəlik olaraq qalır

Orkhan Ali 11 Noyabr 2024 - 18:10 (Last updated: 21 May 2025 - 20:15)
67320e7fbfb5267320e7fbfb53173133375997e8a8937a6aa2984d1ad02a6ec7bff4

“Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatların federal hökuməti iqlimlə bağlı tədbirləri arxa plana keçirsə də, iqlim dəyişikliyinin qarşısını almaq üçün iş ABŞ-də öhdəlik olaraq qalır və inamla davam edəcək”.

Bunu ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində mətbuat konfransında deyib:

“Bu axşam hər kəsi düşündürən bir mövzuya, ABŞ-də prezident seçkilərinə toxunmaq istəyirəm. Mən bilirəm ki, bu məyusluğa dözmək çətindir. Çünki üzləşdiyimiz təhlükələr getdikcə daha fəlakətli olur, amma reallıq budur. Birləşmiş Ştatlar demokratik dövlətdir və demokratiyada xalqın iradəsi üstünlük təşkil edir. Administrasiyamız hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün işləyir.

Prezident Bayden keçən həftə dediyi kimi, uğursuzluqlar qaçılmazdır, lakin təslim olmaq bağışlanmazdır. Bu daha təmiz, daha təhlükəsiz planet uğrunda mübarizəmizin sonu deyil. Faktlar hələ də faktdır. Elm hələ də elmdir. Planet uğrunda mübarizə bir ölkədə bir seçkidən daha böyükdür. Çünki biz hamımız dünyanın hər bir ölkəsində iqlim böhranı ilə qarşılaşırıq. İyulun 22-si tarixdə ən isti gün olub. Sürətlə istiləşən planetdə yaşamağın nəticələri təkcə mərcan riflərinin dağılması və buz təbəqələrinin əriməsi deyil, bu problem bizi hər yerdə əhatə edir. İnsanların həyatına dağıdıcı təsir göstərir. Bu payızda Helene və Milton qasırğaları ABŞ-nin cənub-şərqini vurdu, yüzlərlə insanı öldürdü və həftələrlə icmalarda elektrik və suyun verilməsində fasilə yarandı. Afrikanın cənubunda onilliklərin ən pis quraqlığı 20 milyon uşağı qida çatışmazlığı və hətta aclıq təhlükəsi ilə üz-üzə qoyur”.

O deyib ki, böyük şirkətlərin əksəriyyəti emissiyalarını azaltmaq öhdəliyini götürübülər:

“Böyük şirkətlərin əksəriyyəti emissiyanı azaltmağı öhdəlik götürüblər. Həddindən artıq metan hasilatı üçün neft və qaz hasilatçılarından rüsum tələb edən sistem yaratmaqla bağlı qaydalarımızı yekunlaşdırmaq ərəfəsindəyik. Bu, məncə, irəliləyiş əldə etməyimizə təkan verəcək. Bizim Mərkəzi Asiyadan güclü qlobal tərəfdaşlığımız var. Düşünürəm ki, sabah bu haqda Azərbaycan tərəfindən bəzi fikirlər eşidəcəksiniz. Buna görə də hələlik bu haqda çox danışmayacağam”.

O, çıxışı zamanı COP29 ilə əlaqədar nazir Muxtar Babayevin rəhbərlik etdiyi COP29 Azərbaycan komandasının gərgin əməyinə və peşəkarlığına şahidlik etdiyini vurğulayıb.

 

Post navigation

Previous: Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir
Next: Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Böyük Britaniya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin tikintisi ilə əlaqəli səkkiz şirkətə qarşı sanksiyalar tətbiq...
Read more about Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35
Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.