Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb

Orkhan Ali 11 Noyabr 2024 - 18:18 (Last updated: 21 May 2025 - 20:15)
6732123664a2e6732123664a2f17313347106732123664a2c6732123664a2d

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.

BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.

Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.

Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.

Post navigation

Previous: İqlim dəyişikliyi ilə mübarizə ABŞ-nin qarşısında öhdəlik olaraq qalır
Next: Bolqarıstan Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
“Gününə sol ayaqla başlamaq” ifadəsinin elmi əsası var. Belə ki, yuxudan oyandıqdan sonrakı ilk dəqiqələri necə keçirməyimiz...
Read more about Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır
ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35
Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir? tezyiq
  • Maraqlı

Yüksək təzyiqi aşağı salan 5 üsul – Alimlər qidada nələri dəyişməyi tövsiyə edir?

User 17 Noyabr 2026 - 20:10
Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq” tramp kursude
  • Dünya

Trampdan Ukrayna müharibəsi ilə bağlı açıqlama – “Çox yaxınıq”

User 17 Noyabr 2026 - 19:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.