Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təşəbbüslərin İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İqlim dəyişmələri həlllərinin təşviqi” layihəsi çərçivəsində fəaliyyət göstərən işçi-ekspert qrupu tərəfdaş təşkilatlar və mütəxəssislərlə növbəti görüş keçirib.
Görüş zamanı iqlim dəyişikliklərinə dair həllərin təşviqi istiqamətində fəaliyyətlərin planlaşdırılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və layihə çərçivəsində nəzərdə tutulan 3 modul üzrə təlimlərin keçirilməsi mexanizmləri müzakirə edilib.
Tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsi, ali təhsil müəssisələrində ekoloji biliklərin artırılması və iqlim dəyişiklikləri ilə bağlı praktik həllərin tətbiqi baxımından birgə təşəbbüs imkanları vurğulanıb.
