İqlimlə bağlı Azərbaycanı ittiham edənlər atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir- Zahid Oruc

Neft ölkəsi olduğumuz üçün qlobal iqlim sammiti ilə bağlı Azərbaycanı ittiham edənlər son 250 ildə dünyada atmosferə ən çox karbon tullantıları atan dövlətlərdir.

Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc parlamentin noyabrın 1-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Yaxın Şərq, Qəzza, İraq, Suriya və Rusiya-Ukrayna müharibələrinin də səbəbi yaşıl deyil, qara rəngli iqtisadi, geosiyasi imperiyalar qurmaqdan ötrüdür. Qlobal çirklənmənin və Antarktidanın yüzillik buzlarının əriməsinin də günahkarı biz deyilik. Dünyanı nüvə müharibəsinə çatdıranlar nəhəng medialarının əli ilə məsuliyyəti başqasının üstünə atıb yeraltı sərvətlərinə görə ölkəmizi günahlandırmasınlar.

Deputat Prezident İlham Əliyevin alternativ enerjini ölkəmizin əsas milli kursu elan etdiyini də bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.