İqtidar və müxalifət partiyaları Şuşada toplaşır –Şuşa Bəyannaməsinin ildönümü qeyd olunacaq (FOTOLAR)

Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək.

Azpost.info bildirir ki, Azərbaycanın iqtidar və müxalifət partiyaları Şuşaya səfər edib. Siyasi partiyalar Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi konfransa Türkiyədə hakimiyyətdə olan AKP-dən də böyük bir nümayəndə heyəti qatılacaq. Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım artıq Şuşadadır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunacaq.
Daha sonra Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələr keçiriləcək.

İlk dəfədir ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti YAP-ın təşkil etdiyi bu konfransa dəvət alıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.