İqtidaryönlü deputat və nüfuzlu şəxslərin YAP rəhbərliyinə gətiriləcəyi gözlənilir –Qurultay gündəliyi

YAP-ın qurultayının hansı məkanda keçiriləcəyi və tədbirin hansı formatda baş tutacağı hələlik məxfi saxlanılır.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, bu barədə adının çəkilməsini istəməyən deputat bildirib. Bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlik heç nə bildirilməyib, dəvət gəlməyib. Söhbət YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir.

Məlumata görə, qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər.

Mənbə  bunu da istisna etməyib, mümkün variantlardan sayır.

O, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb.

“Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər“-deyə, mənbə əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir