YAP növbədənkənar qurultaya gedir –Rayon təşkilatları partiyanın qərargahına çağrıldı, deputatlar testdən keçirilir

YAP-ın növbədənkənar qurultaya gedəcəyi barədə məlumat təsdiqlənir.

Azpost.info bildirir ki, adının açıqlanmasını istəməyən YAP-çı deputat etikxeber.az-a açıqlamasında bildirib ki, artıq partiyanın növbədənkənar qurultaya gedəcəyi dəqiqdir və bu, martın 5-də baş verəcək.

Daha bir deputat isə bildirib ki, YAP-dan “COVİD-19″-la bağlı analizdən, test müayinəsindən keçmək üçün çağrılıblar:“Dünən axşama qədər bizə heç nə deyilməmişdi. Ancaq bu gün səhər tezdən bizə xəbır verildi ki, YAP-a gəlmək lazımdır. “COVİD-19″-la bağlı analizdən, test müayinəsindən keçmək lazımdır. Özü də hələlik partiyanın yerli şəhər və rayon təşkilatlarının sədrlərinə deyilib. Sabah hər şey daha dəqiq bilinəcək”.

“Ola bilər ki, qurultay olmasın, İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş toplantısı keçirilsin, təcrübədə bu da var, qurultay kimi bu formatdan da istifadə oluna bilər…”-deyə, o, əlavə edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə Qarabağ müharibəsi barədə bədii film çəkəcək

Sonrakı məqalə

İqtidaryönlü deputat və nüfuzlu şəxslərin YAP rəhbərliyinə gətiriləcəyi gözlənilir –