Bu gün 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb.
Nobel Komitəsinin rəsmi saytının məlumatına görə, mükafat amerikalı Claduia Goldinə verilib.
O, qadınların əmək bazarında rolunun öyrənilməsinə görə mükafata layiq görülüb.
78 yaşlı Claudia Goldin hazırda Harvard Universitetində çalışır. İqtisadiyyat tarixçisi və əmək iqtisadçısı olan Goldin ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun (NBER) İqtisadiyyatda Gender Tədqiqat Qrupunun direktorudur. 1989-2017-ci illərdə NBER-in Amerika İqtisadiyyatının İnkişafı proqramının direktoru olub.
Qoldinin tədqiqatları qadın əməyi də daxil olmaqla geniş mövzuları əhatə edir.