Şeyxülislam Qazaxıstana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstan Respublikasına səfərə yola düşür.
Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti bildirib.
Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etməkdir.
QMİ sədri dinlərarası dialoq müstəvisində nüfuzlu beynəlxalq platforma olan Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin üzvüdür.
Şeyxülislam A. Paşazadənin 9-12 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri, ölkənin dini lideri və Qurultay Katibliyi üzvləri ilə görüşləri nəzərdə tutulub.
Əvvəlki məqalə

Əmtəə təyinatlı yüklərin daşınmasına nəzarət gücləndirilir

Sonrakı məqalə

İqtisadiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb