“İrəvan, Bakı və Moskva bölgədə nəqliyyat əlaqələrini açmaq niyyətindədir”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən biznes forumda jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, üçtərəfli işçi qrup görüşlər keçirir. Sonuncu görüş avqustun ortalarında Moskvada keçirilib: “Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrini blokdan çıxarmağa köklənib. Bunun necə baş tutması ilə bağlı müzakirələr aparılır.”– deyə Aleksey Overçuk vuröulayıb.
Overçukun sözlərinə görə, nəqliyyat marşrutlarının bərpası mal dövriyyəsinin genişlənməsi üçün yeni imkanlar açacaq.