“İrəvan, Bakı və Moskva bölgədə nəqliyyat əlaqələrini açmaq niyyətindədir” –Rusiya Baş nazirinin müavini

“İrəvan, Bakı və Moskva bölgədə nəqliyyat əlaqələrini açmaq niyyətindədir”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən biznes forumda jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, üçtərəfli işçi qrup görüşlər keçirir. Sonuncu görüş avqustun ortalarında Moskvada keçirilib: “Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrini blokdan çıxarmağa köklənib. Bunun necə baş tutması ilə bağlı müzakirələr aparılır.”– deyə Aleksey Overçuk vuröulayıb.
Overçukun sözlərinə görə, nəqliyyat marşrutlarının bərpası mal dövriyyəsinin genişlənməsi üçün yeni imkanlar açacaq.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdaşda 1 tona yaxın nəşə kolu məhv edilib –

Sonrakı məqalə

Rusiyada universitetdə silahlı insident zamanı ölənlərin sayı 8-ə çatıb