“İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”- PAŞİNYAN

“Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamağa çalışırıq”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, İrəvanın Bakı və Ankara ilə münasibətləri nizamlanarsa, sülh mümkündür.

Paşinyan istənilən ərazi iddialarından əl çəkməyin zəruriliyini bəyan edib. Əks halda dövlətin inkişafına imkan verilməyəcəyini vurğulayıb. Paşinyan qeyd edib ki, bu halda söhbət erməni dövlətinin mövcudluğunun qarşısını almaqdan gedəcək.

Baş nazir onu da bildirib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır, Bakıdan da analoji mövqe gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.