“İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”- PAŞİNYAN

“İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistan tərəfinin Brüsseldə, Praqada əldə olunmuş razılaşmalara və Moskvada imzalanmış üçtərəfli bəyanata sadiqliyini vurğulayıb.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyini təmin etmək üçün Bakı ilə Stepanakert (Xankəndi) arasında dialoqun aparılması, regionla Ermənistan arasındakı dəhlizin açılması zəruridir: “Bunun əsasında Ermənistan Azərbaycanla sülh sazişi və münasibətlərin tənzimlənməsini istəyir. İrəvan sülh tərəfdarıdır”.

Baş nazir iddia edib ki, ötən həftə Azərbaycan qoşunları bölgədəki təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd zolağında cəmləşib və bu səbəbindən Qarabağda hərbi-siyasi vəziyyət pisləşib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.