“İrəvan Rusiyadan sifariş edilən və pulu ödənilən silahları ala bilmir”- XİN rəhbərinin müavini

Rusiya müdafiə sənayesi silah ixracı müqavilələrini pozmağa davam edir.

Azpost.info xəbər verir ki, Rusiya Federasiyadan sifariş edilən S-400 sistemlərini almayan Hindistanın ardınca Ermənistan hakimiyyəti də Rusiyanın öhdəliklərini yerinə yetirmədiyini açıqladı.

Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib ki, İrəvan Rusiyadan sifariş edilən və pulu ödənilən silahları almayıb.

“Silah faktiki olaraq Ermənistana çatmayıb. Bu istiqamətdə iş davam edir”, – XİN rəsmisi deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.