İrəvanda polis etirazçıları saxlamağa başlayıb

İrəvanda polis Ermənistan baş naziri Nikol Paşinyanın istefası ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri “Vaqarşyan” küçəsi ilə yürüş edən müxalifət tərəfdarlarının vətəndaşların keçidinə mane olduqlarını bildiriblər. Təşkilatçılar aksiya iştirakçılarını səkidə oturmağa çağırsalar da, hüquq-mühafizə orqanları buna imkan verməyib. Buna cavab olaraq etirazçılardan bəziləri polislə toqquşmağa cəhd edib, digərləri isə zibil qutuları ilə küçəni bağlamağa başlayıb. Saxlanılanların dəqiq sayı hələlik məlum deyil.

İrəvanda etirazlar aprelin sonunda Ermənistan və Azərbaycan arasında sülh danışıqları fonunda başlayıb. Müxalifət hesab edir ki, baş nazirin Qarabağla bağlı Bakı ilə imzalaya biləcəyi saziş xalqın təhlükəsizliyinə təhdid yaradacaq.

Azpost.info

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb –

Sonrakı məqalə

Baş Qərargah rəisi Kəlbəcərdə döyüş hazırlığını yoxlayıb