Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb –DİN

Daxili İşlər Nazirliyi (DİN) mayın 4-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 55 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Rusiya Ukraynanın Qara dənizə çıxışını bağlamaq istəyir –

Sonrakı məqalə

İrəvanda polis etirazçıları saxlamağa başlayıb