“İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək” –Baş nazirin müavini

“Prezident İlham Əliyev İranla əlaqələrin inkişafına xüsusi önəm verir”.

Bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Ş.Mustafayev deyib ki, iki ölkənin prezidentlərinin sonuncu keçirdiyi görüş ölkələrimiz arasında münasibətlərində yeni dövr açıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi pandemiyaya baxmayaraq yaxşıdır. Bütün sahələrdə bizim uğurlarımız, strateji əməkdaşlığımız var. Xüsusilə tranzit sahəsində. Nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün ölkələr səylər göstərir. Biz yeni Astaraçay körpüsünün tikintisinə başlamışdıq. Bu gün razılaşdıq ki, bu körpü 10 müddətinə tikintisi başa çatsın. Nəqliyyat sektorunda bizim çox vacib anlaşmamız oldu. Bu Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək yeni kommunikasiyaların yaradılmasından gedir. İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək. Azərbaycanı Naxçıvanla birləşdirən yol qısalacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir