İran Yaxın Şərqin beş ölkəsində ən azı yeddi ABŞ peyk rabitə qurğusuna zərbə endirib.
Azpost.info bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, məqsəd ABŞ hərbi rabitəsini və koordinasiyasını pozmaq olub.
Bir sıra bazalarda zərər qeydə alınıb:
Bəhreyn – ABŞ Hərbi Dəniz Qüvvələrinin Manamadakı Beşinci Donanmasının qərargahındakı radar günbəzi;
Qətər – ABŞ-ın regiondakı ən böyük bazası olan Əl-Udeid Hava Bazasında çadırlar və peyk antennaları;
Küveyt – Arifjan düşərgəsindəki radar günbəzləri və Əli əl-Salim Hava Bazasındakı radar qovşaqlarının yaxınlığındakı qurğular;
Səudiyyə Ərəbistanı – Şahzadə Sultan Hava Bazasındakı radar günbəzinin yanında yerləşən bina;
BƏƏ – AN/TPY-2 radarının yaxınlığındakı Əl-Ruvais hava bazasındakı bir neçə qurğu, eləcə də Əl-Dəfra Hava Bazasının şərqindəki qurğular.
Dubay, İraq, Küveyt və İordaniyadakı digər ABŞ obyektlərində də ziyan qeydə alınıb, lakin bu, birbaşa rabitə infrastrukturu ilə əlaqəli deyil.
Tehran əvvəllər Qətərdə dəyəri 1 milyard dollardan çox olan AN/FPS-132 Block 5 strateji erkən xəbərdarlıq radarının məhv edildiyini açıqlamışdı.
