İran ABŞ-dan qoşunlarını dərhal Suriyadan çıxarmağı tələb edib

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Vaşinqtondan ABŞ qoşunlarını dərhal  Suriyadan çıxarmağı tələb edib.

Azpost.info xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının Suriyadakı humanitar və siyasi vəziyyətlə bağlı iclasında bildirib.

“Suriyada sülh və sabitlik üçün ABŞ qoşunlarının Suriyadan tam, dərhal və qeyd-şərtsiz çıxarılması lazımdır”, – İrəvani deyib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Suriya xalqını qeyri-qanuni sanksiyaların səbəb olduğu terrorizm, xarici işğal və iqtisadi terrorla mübarizədə tək qoymamalıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.