İran Azərbaycanında virus sürətlə yayılır

İran Azərbaycanında virusa yoluxma halları yüksək sürətdə artır.

Təbriz Tibb Elmləri Universitetinin rektoru Dr. Məhəmməd Hüseyin Somi vilayətdə son gün ərzində keçirilən korona testlərinin nəticələrini açıqlayaraq, Şərqi Azərbaycan vilayətində son 24 saatda COVİD-19 korona virusuna yoluxanların statistikasının 3 rəqəmli olduğunu deyib.

Doktor Sominin verdiyi məlumata görə, son 24 saatda vilayətdə 276 testdən 176 nəfərdə koronvirusu tapılıb və beləliklə Şərqi Azərbaycanda virusa yoluxanların sayı 2282 nəfər ölənlərin sayı 222 nəfər elan edilib. Virusa yoluxanların 52 faizi Təbriz şəhərinə aiddir. Həmin məlumata görə, vilayətin Sərdəri şəhərində vəziyyət çox ağıdır, belə ki, həmin şəhərdə hər 10 min nəfərdən 29-da koronavirus aşkar edilib.

Ötən günlərdə İran səhiyyə nazirliyi koronavirusundan dolayi İranda Şərqi Azərbaycan olmaqla, 5 vilayətdə fövqəladə vəziyyət elan edildiyin bəyan etmişdi. Ancaq buna baxmayaraq Şərqi Azərbaycan qubernatorunun siyasi və təhlükəsizlik işləri üzrə müavini aprelin 11-dən az riskli peşələrin fəaliyyətlərini başladacağını bildirib. Həm tarixdən tədricən bizneslərin fəaliyyətə başlaması ilə bağlı Həsən Ruhani qərar qəbul edib.

Qərbi Azərbaycan Tibb Elmlər universitetinin rektoru Dr. Cavad Ağazadə vilayətdə virusa yoluxma hallarının sürətlə artdığını bəyan edərək, vilayətdə virusa yoluxanları 1195 nəfər, həyatını itirənlərin isə 541 nəfər olduğunu bildirib. Ağazadə son 24 saat ərzində vilayətdə 110 yeni yoluxma halının təsdiqləndiyini, 90 nəfərin öldüyünü deyib. O, vilayətdə yoluxma halların sürətli artım səbəbini Novruz bayramı tətil günlərində vətəndaşların səfərlərə getməsi ilə əlaqədar olduğunu deyib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarlara maliyyə dəstəyi necə olacaq? –

Sonrakı məqalə

Pakistan Əfqanıstandan İŞİD liderinin təhvil verməsini tələb edir