İran Azərbaycana yeni səfir təyin etdi –Abbas Musəvi əsas prioritetlərini açıqlayıb (FOTO)

“İranın dost ölkələrlə iqtisadi əlaqələri siyasi əlaqələri ilə ayaqlaşmır”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda səfir kimi çalışacağı dövrdə ticarət və iqtisadi əlaqələrin inkişafına diqqət ayıracaq.  Musəvinin sözlərinə görə, İranın sərhəd əyalətləri qonşu Azərbaycanla münasibətlərin inkişafında çox önəmli və əsaslı rol oynayır: “Amma biz çalışmalıyıq ki, əyalətin potensialından Azərbaycanla ticarət və iqtisadi əlaqələri artırmaq üçün istifadə edək”. 

O qeyd edib ki, İranın Azərbaycandakı səfirliyinin əsas işi iqtisadi əlaqələri inkişaf etdirmək olacaq: “Azərbaycanın Rusiya və Avropa bazarına çıxışı olduğu üçün bizim əlaqələrimiz daha çox iqtisadi sahənin genişləndirilməsinə yönələcək. İki ölkənin əlaqələrinin inkişaf proqramında iqtisadi əlaqələrin payı 80 faizdir. Bütün potensiallardan iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə edəcəyik” (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə daha 347 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Dövlət Xidmətində vəzifəyə təyin olunub