İran ballistik raket istehsalını bərpa edir- Netanyahu

İran ballistik raket istehsalını bərpa edir.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Fox News” telekanalına müsahibəsində B.Netanyahuya İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyini düşündüyü ilə bağlı sual verilib.

“Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geri çəkmişik, lakin onlar yenidən cəhd göstərəcəklər”, – deyə o bildirib.

Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti “məhv edildikdən” sonra Tehran nüvə proqramını “digər obyektlərdə” bərpa etməyə çalışır.

“Onlar həmçinin ballistik raket istehsalı müəssisələrini bərpa etməyə çalışırlar”, – deyə o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.