İran Ben Qurion Universitetinin 6 tədqiqat laboratoriyasını dağıdıb

İranın hücumları nəticəsində İsrailin Ben Qurion Universitetinə məxsus 6 tədqiqat laboratoriyası tamamilə dağıdılıb, daha 9-na isə ziyan dəyib.

Bununla bağlı “Times of İsrael” qəzeti Ben Qurion Universitetinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, universitet dəyən ziyanı heablamaqla məşğuldur.

Biologiya və tibb sahəsində bir neçə il ərzində üzərində işlənən layihələr vurulan laboratoriyalarda məhv olub.

Bundan başqa universitetin 50 işçisinin və 48 tələbəsinin evinə maddi ziyan dəyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.