İran Beynəlxalq Valyuta Fondundan yardım istəyib

- Koronavirusla mübarizə üçün
12 Mart 2020 - 14:03

İran yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Beynəlxalq Valyuta Fondundan (BVF) yardım istəyib.

APA-nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də bildirib.

“Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgieva COVID-19-un təsirinə məruz qalan ölkələrə dəstək veriləcəyini bildirib. Mərkəzi Bankımız bu yardım üçün müraciət edib. Beynəlxalq Valyuta Fondu məsuliyyətlə hərəkət etməlidir”, – Cavad Zərif qeyd edib. 

İranın Mərkəzi Bankının rəhbəri Abdulnasir Həmmati isə “İnstagram” səhifəsində BVF rəhbərinə məktub ünvanladığını və ölkəsinin koronavirusa qarşı mübarizəsinə kömək üçün İrana 5 milyard dollar ayırmağı xahiş etdiyini bildirib.