Akif İslamzadənin son vəziyyəti açıqlandı

“Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib“.

Bu barədə APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu məlumat verib.

O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb:

“Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı, 100 faiz tıxanıqlıq və tromb var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.