İran Britaniya ilə münasibətləri konsulluq səviyyəsinə endirməyə hazırlaşır

19 Yanvar 2020 - 12:56
Iranian flag waving with cityscape on background in Tehran, Iran

İran parlamentinə Tehran və London münasibətlərinin səviyyəsinin azaldılmasına dair layihə təqdim edilib.

23  deputatın imzaladığı layihə bu gün İran parlamentinin Rəyasət Heyətinə təqdim olunub.

Parlamentdə müzakirəyə çıxarılacaq layihədə İran və Böyük Britaniya arasında diplomatik əlaqələrin  konsulluq səviyyəsinə endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Britaniya səfiri İranda keçirilən etiraz aksiyasının təşkilində və aksiyada iştirakda günahlandırılıb. İran bununla əlaqədar Britaniyaya iki etiraz notası göndərib.(APA)