İran “Buşəhr” atom elektrik stansiyasını bağlayıb

21 İyun 2021 - 08:45

İranda “Buşəhr” atom elektrik stansiyası bağlanıb.

“Haber Global” bildirir ki, bu barədə ölkənin dövət televiziyası məlumat yayıb.

Məlumatda tədbirin müvəqqəti xarakter daşıdığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, stansiyanın bağlanması texniki problemlə əlaqədardır və yaxın bir neçə gün ərzində onun fəaliyyəti bərpa olunacaq.