“İranda nüvə razılaşması üzrə qərarı Xameneyi verəcək” –ABŞ prezidentinin köməkçisi

“İranda atomla bağlı razılaşmaya dair qərarlar prezident tərəfindən deyil, bu ölkənin mənəvi lideri və idarə edicisi Əli Xameneyi tərəfindən veriləcək”.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan “CNN”, “Fox News” və “ABC” telekanallarına açıqlamasında deyib.

“Sonda İranın nüvə anlaşmasına qayıdıb-qayıtmayacağına, beynəlxalq hüquqa görə öhdəliklərini icra edib-etməyəcəyinə dair qərar prezident tərəfindən deyil, İranın ali lideri tərəfindən veriləcək. Bu şəxs seçkilərin nəticələrindən sonra dəyişməyib”, – deyə C.Sallivan İrandakı prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bülletenlərin 90 faizi sayılıb-

Sonrakı məqalə

İran “Buşəhr” atom elektrik stansiyasını bağlayıb