İran Ermənistanda avtomobil istehsal edəcək

İran Ermənistanda avtomobil istehsalı zavodu inşa edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak deyib.

O bildirib ki, Ermənistanda İran avtomobil istehsalı zavodunun tikintisi ilə bağlı ilkin razılaşma əldə olunub. “Bununla bağlı İranın avtomobil istehsalçısı və Ermənistan tərəfindən bir investor əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bu məsələ Ermənistanın İqtisadiyyat Nazirliyi və İranın Sənaye, Mədənlər və Ticarət Nazirliyi vasitəsilə həyata keçirilir”.

Əvvəlki məqalə

“Rusiyada səfərbərlik başa çatır” –

Sonrakı məqalə

Media Reyestrində qeydiyyata düşmə qaydası