İran hərbi xərclərində ciddi artım edəcək- AÇIQLAMA

İran hökuməti yeni büdcə layihəsində gələn il üçün (2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200 faiz artırmağı planlaşdırıb.

Azpost.info xəbər verir ki, bu barədə İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimə Mohacerani bildirib.

“Büdcə layihəsində müdafiə ehtiyaclarının ödənilməsinə də diqqət yetirilib. Hərbi büdcədə əhəmiyyətli dərəcədə – 200 faiz artım olacaq”, – Mohacerani deyib.

O, oktyabrın 26-da İsrailin ölkənin hərbi obyektlərinə endirdiyi zərbələr zamanı İran Silahlı Qüvvələrinin uğurlu fəaliyyətini qeyd edib və əlavə edib ki, müdafiə qüdrətini qorumaq üçün müdafiə sənayesinin ehtiyaclarını ödəmək lazımdır.

Parlament cari ilin büdcəsində İranın hərbi xərcləri üçün 1,8 milyard avro məbləğində vəsaiti təsdiqləyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.