İran HƏMAS Siyasi Bürosunun həlak olan rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclasını çağırmağı tələb edir.
Azpost.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əli Baqiri Kani bildirib.
Kani misirli həmkarı Bədr Əbdül Ati ilə telefon danışığında İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının çağırılmasını istəyib.
Baqeri Kani İƏT XİN rəhbərlərinin fövqəladə iclasının məqsədini cinayətkar sionist rejimin hərəkətlərini pisləmək və onlara qarşı mübarizə kimi qiymətləndirib.
Azpost.info