İran İsrailə raket hücumu edib. Ölkə daxilində – şimalda, mərkəzi İsraildə və Krayotda həyəcan siqnalları səslənib.
Azpost.info bildirir ki, hava hücumundan müdafiə əməliyyatlarından sonra bir neçə yerdə dağıntılar aşkar edilib. İlkin məlumatlara görə, Hayfada elektrik kəsilib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Hayfadakı neft emalı zavodlarında ziyan qeydə alınıb. Enerji və İnfrastruktur naziri Eli Koen hücumla bağlı şərh verib.
“Şimaldakı elektrik şəbəkəsinə dəyən ziyan lokal və kiçikdir. Elektrik Şirkətinin heyəti artıq hadisə yerindədir və əksər yerlərdə elektrik enerjisi bərpa edib. Qalan şəbəkəyə tezliklə elektrik enerjisi veriləcək”, – Koen bildirib.