“İran hələ İsrailə qarşı ciddi əməliyyat keçirməyib”- İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi

Əbdülrəhim Musəvi
Əbdülrəhim Musəvi

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyatlara başlamayıb və yalnız xəbərdaredici zərbələrlə kifayətlənib.

AzPost xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi açıqlama verib.

Musəvi bildirib ki, indiyədək keçirilən əməliyyatlar qarşı tərəfi çəkindirmək məqsədli xəbərdarlıq xarakteri daşıyır.

O, həmçinin Tel-Əviv və Hayfa sakinlərinə şəhərləri tərk etməyi tövsiyə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.