İran İrəvanla Gorus yoluna alternativ yolun çəkilməsi üçün danışıq aparır

İran Ermənistanın Zəngəzur vilayətində (Sünik) Gorus-Qafan yoluna alternativ yolun çəkilişində iştirak edəcək.

Azpost.info bildirir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Hədəmi “Pars” agentliyinə açıqlamasında bildirib. Səfəri barədə danışan nazir müavini bildirib ki, məqsəd Gorus-Qafan yolunda yaranmış çətinliklə bağlı məsələni öyrənməkdir.

Hədəmi bununla bağlı Ermənistana səfər edib və Tatevdə alternativ yolun çəkilişi imkanları ilə tanış olub. Bu yoldan İran tranzit yük maşınları istifadə edəcək.

“Ermənistan Tatevdə alternativ yolun tikintisinə başlayıb. Biz bu yolda  yük və sərinişin daşımalarının nörmallaşması üçün erməni tərəfi ilə danışıqlar aparırırq. İran-Ermənistan beynəlxalq yolu İran üçün strateji əhəmiyyətə malikdir. Bu yolun tikintisi üçün Ermənistana dəstək verməyə hazırıq”-deyə o vurğulayıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bir-birimizi sevirik, azadlığı üçün əlimdən gələni edəcəyəm” –

Sonrakı məqalə

Səbaildə 162 saylı məktəbin bir sinifi koronavirusa görə distant təhsilə keçib –