Səbaildə 162 saylı məktəbin bir sinifi koronavirusa görə distant təhsilə keçib –RƏSMİ

Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbdə əyani təhsil davam edir.

Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.

**

Səbail rayonunda yerləşən 162 nömrəli məktəbdə bir sinif sabahdan distant təhsilə keçir.

Bu barədə APA-ya valideynlər məlumat verib.

Onlar bildirib ki, həmin sinifdə oxuyan şagirdlərdə koronavirus aşkar olunduğuna görə belə qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran İrəvanla Gorus yoluna alternativ yolun çəkilməsi üçün danışıq aparır

Sonrakı məqalə

Saakaşvilinin tutulmasının əməliyyat görüntüsü yayılıb –