İranın İsrailə hücumu İsrailin İranın Suriyadakı diplomatik hədəflərinə hücumuna tamamlanmış cavab sayıla bilər.
Azpost.info bildirir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi bildirilib. Diplomatik missiyasının X sosial şəbəkəsindəki səhifəsində deyilir: “Məsələ başa çatmış hesab edilə bilər”.
Daimi Nümayəndəlik vurğulayıb ki, PUA-ların İsrailə doğru buraxılması onun İranın Dəməşqdəki diplomatik obyektlərinə hücumuna cavabdır. Açıqlamada qeyd edilir ki, daha bir səhv olarsa, Tehranın cavabı daha sərt olacaq.