İran İsrailə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Bu barədə KAN radiosu məlumat yayıb.
İsrailin 12-ci kanalının məlumatına görə, Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı gecə üç saatlıq bağlanacaq.
İsrail aprelin 14-ü saat 01:00-dan etibarən ölkənin hava məkanını bağlayır. Ölkənin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazırlıq vəziyyətindədir.
“The Jerusalem Post” yazır ki, İran İsrailə doğru onlarla kamikadze pilotsuz uçan aparat atıb.
— Ben Qurion hava limanı aprelin 14-nə keçən gecə İrandan gələn hücum təhlükəsi fonunda üç saatlıq bağlanacaq.
— İsrailin müdafiə naziri silahlı qüvvələrin komandanlığı ilə təcili iclas keçirib.
— Netanyahu bildirib ki, İsrail həm müdafiə, həm də hücumda İrana birbaşa hücuma hazırdır.
— İsrail Hərbi Hava Qüvvələrinə məxsus bir Boeing 767 təyyarəsi Təl-Əvivdən havaya qalxıb.
— Pentaqon rəhbəri bildirib ki, İsrail İranın hücumlarından qorunmaqda ABŞ-ın tam dəstəyinə arxalana bilər.
— İsrail ordusu Logistika Direktorluğunun təlimatlarında dəyişikliklər elan edib. Yaxın günlərdə ölkədəki təhsil müəssisələrində bütün dərslər ləğv edilir. Təhlükəsizlik baxımından 1000-dən çox insanın toplaşması qadağandır.