İran İsrailə raket zərbələri endirib

İran İsrailə raket zərbələri endirib. Təl-Əviv, Qüds, Hayfa və digər şəhərlərdə həyəcan sirenləri səslənir.

Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

İsrail Müdafiə Qüvvələri  İran ərazisindən İsrail ərazisinə raketlər atdığını bildirib. Ölkənin bir sıra ərazilərində hava hücumundan müdafiə sirenləri səslənib, hava hücumundan müdafiə sistemləri işə salınıb.

İsrail Hərbi Hava Qüvvələri təhdidlərin qarşısını almaq və lazım gələrsə, zərbə endirmək üçün əməliyyatlar aparır.

Bu, İran rəsmilərinin hərbi əməliyyatın mümkün sona çatması ilə bağlı bəyanatlarından az sonra baş verib. İranın xarici işlər naziri Abbas Əraqçi X platformasındakı paylaşımında ölkənin silahlı qüvvələrinə təşəkkür edib və vurğulayıb ki, İsrailə zərbələr “son dəqiqəyə qədər” – Tehran vaxtı ilə səhər saat 4:00-a qədər davam edib.

“Bizim qüdrətli silahlı qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün apardığı hərbi əməliyyatlar son dəqiqəyə qədər, səhər saat 4:00-a qədər davam etdi” -deyən Əraqçi İsrailin zərbələrini dayandıracağı təqdirdə İranın cavab tədbirlərini dayandıracağını qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.