Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib

User 20 Oktyabr 2024 - 20:09 (Last updated: 21 May 2025 - 20:15)
iran hucum raket

İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib.

“Report” “Press TV” telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək:

“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq. Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq”.

Nazir, həmçinin qeyd edib ki, ABŞ dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.

Xatırladaq ki, oktyabrın 1-də axşam İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib. Tehran bildirib ki, raketlərin 90% -i nəzərdə tutulan hədəfləri uğurla vurub, lakin İsrail iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib.

Oktyabrın 15-də İsrailin müdafiə naziri Yoav Qalant xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana o qədər “ölümcül və gözlənilməz” zərbə vurmaq planlarından əl çəkməyib, iranlıların heç nə anlamağa vaxtları olmayacaq.

Post navigation

Previous: Bağça müəllimlərinin diaqnostik qiymətləndirmə imtahanı yekunlaşıb
Next: Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.