İran məhkəməsi məşhur rejissor barədə həbs qərarı verdi

Kann Festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb.

Bu barədə rejissorun vəkili Mustafa Nili “X” hesabında paylaşım edib.

“Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə bir il müddətinə həbsə, iki il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq”, – paylaşımda qeyd olunub./APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.